Kəmaləddin Heydərov generalın yerinə onu təyin etdi - FOTO

 15:39 28.04.2025     452

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.

Redaktor.az-ın manset.az-a istinadla məlumatına görə, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin alay komandiri, polkovnik Xaliq Hüseynov  Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

O, buna qədər həm də rəis vəzifəsini müvəqqəti icra edib.

Qeyd edək ki,  Xüsusi Riskli Xilasetmə Xidmətinin əvvəlki rəisi  general-leytenant Etibar İsmayılov bir müddət əvvəl təqaüdə göndərilib. Ötən gün isə  polkovnik İntiqam Axundlu  Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini-qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

General-leytenantın yerinə o gəldi - Heydərovdan daha bir yüksək TƏYİNAT