"Onlar Azərbaycan Ordusu kimi yüksək döyüş potensialına malik deyillər"

 10:09 06.05.2025     85

"Rusiyada keçirilən 9 may paradında Azərbaycan Ordusu güclü və qalib ordu kimi qatılır. Soyuq müharibədən sonra Azərbaycan öz ərazilərini işğaldan azad edən güclü orduya malikdir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.  O, bildirib ki, bu ordu Ermənistan üzərində əhəmiyyətli qələbə əldə edib:

"Nə Rusiya. nə də orda iştirak edəcək ölkələrin Azərbaycanın Ordusu kimi yüksək döyüş potensialına, nə də qələbə rəmzinə malikdir. Rusiya ordusu Ukraynada üç ildir ki, "qarşıya qoyduğu" məqsədə çata bilmir. Çin Tayvanı öz ərazisinə daxil edə bilmir. Ermənistan ordusu məğlubdur. Digər ölkələrin ordusu kosmetik olaraq iştirak edir".

Vasif ƏLİHÜSEYN