İlham Əliyev Hərbi prokuror TƏYİN ETDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Redaktor.az xəbər verir ki, sərəncamla Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib.
Qeyd edək ki, B.Əhmədov 4 iyul 1984-cü ildə anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.
Buna qədər B.Əhmədov Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi olub.
