“Range Rover” qazini vurdu, vəziyyəti ağırdır - FOTO

 15:38 19.05.2025     230

Sumqayıtda “Range Rover” markalı avtomobil 32 yaşlı Rəşad Poladovu vurub.

Redaktor.az xəbər verir ki, Vətən müharibəsi qazisi olan Rəşad ağır xəsarətlər alıb.

Xəstəxanaya çatdırılan kişinin dalağı və kəllə sümüyünün bir hissəsi götürülüb.

TƏBİB-dən soğrumuza cavab olaraq bildirilib ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 17.05.2025-ci il tarixində saat 14:10 radələrində 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub: “Ona dalağın cırılması, müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilib. Şəxs cərrahi əməliyyat olunub və onun dalağı xaric olunub. Vəziyyəti ağır qiymətləndirilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Ailə üzvlərinin yazılı iltizamnaməsinə əsasən 18.05.2025-ci il tarixində saat 03:40 radələrində sözügedən şəxs özəl tibb müəssisəsinə təxliyə olunub” (Qafqazinfo).