Rəis işdən çıxarıldı - nazir onun vəzifəsini də generala TAPŞIRDI

 14:45 24.05.2025     151

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin rəisi Ülvi Əhəd oğlu Mirzoyev vəzifəsindən azad edilib. 

Redaktor.az-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, FHN-nin Tibb Mərkəzinin rəisi vəzifəsinin icrası general-mayor Rəfail Mehdiyevə tapşırılıb. 

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, polkovnik Xanım Sofiyeva vəzifəsindən azad edildikdən sonra ötən ilin iyun ayında Ülvi Mirzoyev FHN-nin Tibb Mərkəzinin rəisi təyin edilmişdi. 

Xatıradaq ki, bu ilin mart ayında polkovnik-leytenant Vəfa Dadaşovanın istefasından sonra ədliyyə general-mayoru Rəfail Mehdiyev FHN-in Tibb Xidmətinə rəis əvəzi təyin edilib.