Prezidentdən 5 yaşlı uşağa: "Sən mütləq general olacaqsan"

 16:06 27.05.2025     382

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.

Redaktor.az xəbər verir ki, sakinlərdən biri kiçik oğlan uşağını göstərərək "Cənab Prezident, bu da xüsusi təyinatlıdır" deyib.

Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?

Sakin: Beş.

Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.

Sakin: Bəli, bəli.

Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan.

222