Vətən müharibəsindən indiyədək 397 nəfər mina qurbanı olub - XİN

 17:28 31.05.2025     182

Azərbaycanda iki gün ard-arda baş verən mina partlayışları dinc sakinlərə zərər vurub.

Redaktor.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

“Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər mina qurbanı olub. Yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və sakinlərin öz evlərinə qayıtmasına mane olur”, - məlumatda vurğulanıb.