Nazir müavininin anası 103 yaşında vəfat ETDİ

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevə ağır itki üz verib.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, O.Hacıyevin anası Rəhilə xanım 103 yaşında dünyasını dəyişib. O, bu gün Qurd qapısı qəbiristanlığında dəfn edilib.
Mərhumun üç mərasimi iyunun 6-da Heydər məscidində keçiriləcək.
Allah rəhmət eləsin!