"Bölgədə arzuolunmaz vəziyyət yaranıb" - Hərbi ekspert

"Bu, artıq Amerikanın da İranla müharibə etməsi deməkdir".
Bu fikri Redaktor.az-a hərbi ekspert Emin Həsənli ABŞ-nin İranın nüvə mərkəzlərinə etdiyi hücumu şərh edərkən bildirdi.
"ABŞ müharibəyə qoşulana qədər İsrail müharibə aparırdı. İsrail isə ABŞ-nin icazəsi olmadan elə bir əməliyyat keçirə bilməzdi. İsrail Amerikanın tam razılığını almasa, əməliyyatı keçirməzdi. Artıq Amerika da müharibəyə qoşulub. Bunun davamı da gələ bilər. Bölgədə arzuolunmaz vəziyyət yaranıb. Artıq ABŞ son model, ağır tonlar daşıyan təyyarələrlə İranı bombaladı. Bu vəziyyət gələcək zamanlarda genişmiqyaslı da ola bilər", - deyə ekspert vurğuladı.
Aytəkin TOFİQQIZI