İlham Əliyev Mürsəl İbrahimovla bağlı sərəncam İMZALADI

 11:24 25.06.2025     273

Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin rütbəsini artırıb. 

Redaktor.az xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimova “general-mayor” ali hərbi rütbəsi verilib. 

Qeyd edək ki, 55 yaşlı M. İbrahimov 2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini tutur.