General-mayor rütbəsi verilən hərbçilər kimdir? - FOTO

 12:35 25.06.2025     361

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, ali hərbi rütbə verilən polkovniklərdən İdris Məhərrəmov Azərbaycan Ordusunun korpuslarından birində korpus komandirinin müavini-qərargah rəisidir.

General-mayor rütbəsi verilən digər hərbçi Elgün Əliyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisidir.

Elnur Kazımov isə Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. O, əvvəllər Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb. Elnur Kazımov ədliyyə general-mayoru, 2022-ci ilədək hərbi prokurorun müavini olmuş Rasim Kazımovun qardaşıdır.

Rütbəsi artırılan digər zabit Vasif Xəlilov isə Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisidir.

 Fotoda: İdris Məhərrəmov

Fotoda: Elgün Əliyev