Təltif edilənlərdən biri nazir MÜAVİNİDİR

 13:09 25.06.2025     119

Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu gün 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunanlardan biri də Aqil Səlim oğlu Qurbanovdur.

Redaktor.az xəbər verir ki, 39 yaşlı A.Qurbanov 2022-ci ildən Prezident İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin edilib.

2023-cü ildən dövlət başçısının növbəti Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

2023-cü ildən etibarən isə müdafiə nazirinin müavini - Baş direktor vəzifəsindədir.

Ailəlidir. İki övladı var (Qafqazinfo).