Prezident ona general-mayor rütbəsi VERDİ

 15:32 01.07.2025     274

Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəisi Fərid Əsgərova “general-mayor” ali hərbi rütbəsi verilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu barədə Azərbaycan Karate Federasiyası da məlumat yayıb:

“Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Fərid Əsgərovun Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunması, həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsinə layiq görülməsi münasibətilə onu təbrik edir, bu məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar arzulayırıq”.

2