Azərbaycan müdafiə və milli təhlükəsizlik xərcləri nə qədərdir?

 14:47 22.07.2025     76

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin birinci yarımilliyində müdafiə və milli təhkükəsizlik xərclərinə 26,3 faiz və ya 802,5 milyon manat çox vəsait yönəldilib.

Redaktor.az bu barədə Maliyyə Nazirliyinə istinadla xəbər verir.

Məlumata görə, həmçinin, 2025-ci ilin ilk yarımilliyində ötən illə müqayisədə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 22,2 faiz və ya 44,4 milyon manat, kənd təsərrüfatı xərclərinə 19,9 faiz və ya 97,8 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 10,7 faiz və ya 124,5 milyon manat, təhsil xərclərinə 10,4 faiz və ya 233,5 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 5,1 faiz və ya 106,6 milyon manat çox vəsait sərf edilib.

Bunlardan başqa, 2025-ci ilin yanvar-iyun aylarında funksional təsnifata uyğun olaraq təhsil xərcləri 120,0 faiz və ya 2472,6 milyon manat, kənd təsərrüfatı xərcləri 117,2 faiz və ya 588,8 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 110,9 faiz və ya 2198,1 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 109,9 faiz və ya 3850,1 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 98,6 faiz və ya 2163,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 96,5 faiz və ya 1285,5 milyon manat, səhiyyə xərcləri 95,3 faiz və ya 792,6 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 94,1 faiz və ya 244,2 milyon manat, iqtisadi fəaliyyət xərcləri 77,7 faiz və ya 2716,9 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 72,5 faiz və ya 571,7 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 71,1 faiz və ya 122,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 57,4 faiz və ya 88,5 milyon manat icra edilib.

Vumart və Güvən reklamı Vumart Güvən