"Ermənistan ordusunun döyüş qabiliyyətini artırmaq üçün ABŞ ordusunun imkanlarından istifadə edir" - Polkovnik

"12-20 avqust tarixlərində Ermənistanda keçiriləcək Ermənistan-ABŞ hərbi təlimlərhərbi təlimləri Ermənistan üçün mühüm əhəmiyyət kəsb eləyir. Ona görə ki, Ermənistan artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) faktiki olaraq ayrılıb və məqsədi də qərb strukturlarına inteqrasiya etməkdir".
Bu fikirləri Redaktor.az-a açıqlama verən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov 12-20 avqust tarixlərində Ermənistanda “Eagle Partner - 2025” adı altında keçiriləcək Ermənistan-ABŞ hərbi təlimlərindən danışarkən bildirdi.
"Bu təlimlərdə əsas məqsəd sülhməramlı tapşırıqların icrasıdır. Ermənistan bu təlimlərdən həm də özü üçün bir dividentlər əldə eləyir, həm ordusunun döyüş qabiliyyətini artırmaq üçün ABŞ ordusunun imkanlarından istifadə edir. O cümlədən, beynəlxalq aləmə mesaj verir ki, o daha çox sülhə meyilli bir dövlətdir. Amma biz bilirik ki, Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayıb".
Polkovnikin sözlərinə görə, Ermənistan və ABŞ əlqaələri güclənir bu isə onların daxili işləridir.
"Bu təlimlərin bizə nə istisi nə soyuğu yoxdur. Ermənistan-ABŞ birgə hərbi təlimləri sırf sülhməramlı missiya ilə bağlı olan məsələlərdir. Burada hansısa şərti hədəf yoxdur. Bu sırf sülhməramlı tapşırıqların icrasıdır, tibbi təxliyə zamanı hansı işlər görülməlidir, kimin üzərinə hansı vəzifə düşür və s. Bu və digər məsələlər manevr şəklində icra olunacaq".
Aytəkin TOFİQQIZI