Azərbaycan ordusunda ilk insansız gəmi – FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələri ilk dəfə insansız hərbi gəmini silahlanmaya qəbul edib.
Redaktor.az modern.az-a istinadən bildirir ki, dənizçilər Türkiyə istehsalı olan “Salvo” insansız gəmilərini istifadə etməyə başlayıb.
Gəmi Türkiyənin “Daersan” şirkəti tərəfindən yerli imkanlarla istehsal edilir.
Dəniz vasitəsinin uzunluğu 14.79 metr, eni 3.83 metrdir. Sürəti 83-111 km/saat arsında dəyişir.
“Salvo” digər dəniz vasitələrini və havadan gələn təhdidləri zərərsizləşdirə bilir. Bunun üçün gəmiyə müxəlif raket və silah sistemləri yerləşdirilib.
İnsansız gəmi, həmçinin kəşfiyyat, müşahidə, məlumat toplama kimi fəaliyyətləri də icra edə bilər.
Qeyd edək ki, insansız gəmi Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən keçirilən “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlim zamanı görüntülənib.
Azərbaycan ordusunun inventarında neçə ədəd “Salvo” insansız gəmisi olduğu məlum deyil.
