Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə

 16:41 15.08.2025     157

Müddətli həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət hüququ yalnız ailədə yeganə himayədar olan şəxslərə şamil olunur.

Redaktor.az qanunvericiliyə istinadən xəbər verir ki, bu möhlət aşağıdakı hallarda tətbiq edilir:

- Başqa övladı olmayan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və ya anaya baxan çağırışçıya;

- Üç və daha çox övladı olanlara;

- Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş həyat yoldaşı olanlara;

- 8 yaşınadək üç və ya daha çox uşağı təkbaşına böyüdən ata və ya anaya;

- 18 yaşınadək və ya ağır əlilliyi olan qardaş və ya bacısına baxan, başqa himayəçi ailə üzvü olmayan çağırışçıya.

Vumart və Güvən reklamı Vumart Güvən