Yeni general Anar İsmayılov kimdir? - DOSYE

 17:53 30.09.2025     581

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Anar Müslüm oğlu İsmayılova general-mayor ali hərbi rütbəsi verilib.

Redaktor.az xəbər verir ki, Anar İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşıdır.

52 yaşlı yeni general 44 günlük Vətən müharibəsində son dərəcə əhəmiyyətli olan rabitə əlaqələrinin yaradılmasında xüsusilə fərqlənən şəxslərdəndir.

Müharibədən sonra A.İsmayılov Prezidentin Sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, hazırda həmin Dövlət Xidmətində Baş idarə rəisidir (Qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən