Əsgərin ölüm faktı üzrə cinayət işi başlanıldı

 10:28 09.10.2025     389

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun cari il oktyabrın 5-də ölüm faktı əsasında Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib.

Hərbi Prokurorluqdan Redaktor.az-a verilən məlumata görə, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb, hazırda istintaq davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən