Zabitimiz vəfat etdi - FOTO

 16:31 13.10.2025     902

Azərbaycan Ordusunun ehtiyatda olan zabiti dünyasını dəyişib.

Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü baş leytenant Pərviz Babayev ötən gün ürək tutmasından vəfat edib.

Mərhum 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Ailəli idi, 3 övladı var.

Vumart və Güvən reklamı Vumart Güvən