Nazirlikdən “əsgər kartı” ilə bağlı AÇIQLAMA 

 14:58 03.11.2025     1097

Xəbər verdiyimiz kimi, Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.

Redaktor.az-ın məlumatına görə, Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verib.

Qeyd edilib ki, hazırda Azərbaycanda əsgərlərə maaşları kartla verilir.

Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam edir: "Tədbirlər çərçivəsində bütün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının "əsgər kartı" ilə təmin olunması planlı şəkildə yerinə yetirilib. Bununla da əsgərlərin aylıq məvaciblərini vaxtında, rahat və şəffaf şəkildə əldə etmələrinə nail olunub".

Vumart və Güvən reklamı Vumart Güvən