"Fransa Ermənistana özünə lazım olmayan hərbi texnikanı satır"

 21:13 06.11.2025     925

Ermənistan 2023-2024-cü illərdə Fransa ilə 274 milyon avrodan çox məbləğdə silah tədarükü haqqında müqavilə bağlayıb. Bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda deyilib. 

Bu, regiondakı siyasi balansı necə dəyişə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a politoloq Elçin Xalidbəyli bildirdi ki, Ermənistanın Fransadan və yaxud da Hindistandan silah alması Cənubi Qafqazda hərbi-siyasi balansı dəyişə bilməz:

"Çünki Cənubi Qafqazda əsas, yeganə güc mərkəzi, yəni hərbi-siyasi güc mərkəzi məhz Azərbaycandır. Azərbaycanın ordusunun döyüş qabiliyyəti Ermənistan üçün müqayisə olunmaz bir səviyyədədir. Ermənistanın buna nail olması və yaxud da situasiyanı bərabərləşdirməsi indiki situasiyada, demək olar ki, mümkün deyil".

Politoloqun fikrincə, Fransadan alınan silahların regional hərbi-siyasi balansa təsir göstərməsi real görünmür:

"Çünki onu da nəzərə almaq lazımdır ki, Ermənistanın Fransadan idxal edəcəyi silah-sursat və yaxud da hərbi texnika müasir, yüksək səviyyəli hərbi texnika sırasına daxil deyil. Fransadan həmişə ikinci, üçüncü dərəcəli silah növləri alırlar. Buna qədər də "Bastion" döyüş maşınları almışdılar və hər kəsə məlumdur ki, bu döyüş maşınları müasir döyüş formatında heç bir işə yaramır. Fransa Ermənistana daha çox özünə lazım olmayan, anbarlarda yığılmış silah-sursat və hərbi texnikanı satır. Bu baxımdan da Azərbaycanın ən müasir silahlarla silahlanmış ordusunun Ermənistanın Fransadan silah almasından narahat olması üçün hələlik heç bir səbəb mövcud deyil".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən