Azərbaycan-ABŞ-Pakistan orduları təlimdə - FOTO

 16:56 03.12.2025     585

Türkiyənin İzmir şəhərində “Doğu Akdeniz - 2025” (Şərqi Aralıq dənizi - 2025) dəvət təlimi keçirilib. 

Redaktor.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.

Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, dəvət təliminə on doqquz ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar.

 





Vumart və Güvən reklamı Vumart Güvən