Əsgərin xəstəlikdən ölməsi faktı üzrə araşdırılma BAŞLANDI

 13:35 18.12.2025     610

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən ölüm faktı üzrə araşdırma aparılır.

Bu barədə Redaktor.az-a Hərbi Prokurorluqdan məlumat verilib.

Məlumata əsasən, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən müalicə olunduğu hospitalda dekabrın 15-də vəfat etməsi faktı əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb. Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.

Faktla bağlı hazırda araşdırma davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən