ABŞ-Azərbaycan hərbi əməkdaşlığı hər iki ölkənin maraqlarına uyğundur - ŞƏRH

 15:53 11.02.2026     634

"Azərbaycan ilə ABŞ arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq əvvəlki illərdə mövcud olub. Sadəcə, bu əməkdaşlıq Bayden administrasiyası tərəfindən məqsədli şəkildə sıfırlanmışdı. Hazırda isə ABŞ tərəfindən Xəzərdə qaçaqmalçılıqla mübarizənin gücləndirilməsi məqsədilə belə katerlərin Azərbaycana verilməsi yenidən gündəmdədir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin ərazi sularının qorunması ilə bağlı Azərbaycana bəzi yeni qayıqları göndərəcəkləri ilə bağlı bəyanatına münasibət bildirərkən dedi.

"Daha əvvəl də biz bu tip katerlər əldə etmişik. Hətta 2018-ci ildə ABŞ-dən alınan "Bell" və "MD500" helikopterləri Silahlı Qüvvələrimizin 100 illiyinə həsr olunan hərbi paradda nümayiş etdirilmişdi. Digər tərəfdən, Azərbaycan Əfqanıstanda, İraqda və Kosovoda bir sıra sülhməramlı missiyalarda ABŞ hərbçiləri ilə birlikdə mühüm vəzifələr icra edib. ABŞ tərəfi Azərbaycan əsgərinin döyüş imkanlarının da şahidi olub. İstənilən halda, ABŞ ilə müdafiə, təhlükəsizlik və hərbi-texniki sahələrdə, o cümlədən minatəmizləmə, kiber-təhlükəsizlik və süni intellekt istiqamətlərində əməkdaşlıq hər iki ölkənin milli maraqlarına uyğundur. Bu baxımdan, belə bəndləri əhatə edən əməkdaşlıq formatı artıq imzalanıb", - deyə o, qeyd etdi.

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən