Baş Klinik Hospitalın rəisi işdən ÇIXARILDI

 16:07 11.02.2026     1049

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis postundan kənarlaşdırılıb.

“Papanin hospitalı” kimi tanınan Baş Klinik Hospitalın rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib.

Vumart və Güvən reklamı Vumart Güvən