"Hərbi xidmətə cəlb olunan şəxslər işdən ayrılmaq məcburiyyətində qalmayacaq"

 13:43 20.02.2026     447

"Bu qanun layihəsi kadr stabilliyi baxımından çox vacibdir, çünki kadr stabilliyi hərbi sektorda əsas istiqamətlərdən biridir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklər məsələsinin müzakirəsi zamanı dedi.

Onun sözlərinə görə, bir sıra hallarda kadrların hərbi xidmətə cəlb olunması və fərqli səbəblərdən onların daha qısa müddətdə işi tərk etməsi məhz kadr stabilliyinə neqativ təsir göstərirdi:

"Bu kontekstdə, təbii ki, qanun layihəsinə dəyişiklik edilməsi və xüsusən hərbi sektorda qeyd olunan səbəbdən sonra kadr stabilliyinin qorunması üçün dəyişikliklərin tətbiqi təqdirəlayiqdir. Qanun layihəsini tək-tək müzakirə etdiyimiz təqdirdə, bir sıra hallarda kadr stabilliyinin qorunmasına və möhkəmlənməsinə imkan verəcəkdir".

Həmçinin deputat əlavə etdi ki, sınaq müddətinin 3 aydan 6 aya artırılması baxımından vacibdir:

"Bu dəyişiklik sınaq müddətinin daha səmərəli şəkildə istifadə olunması və hərbi qulluqçuların bu müddət ərzində qiymətləndirilməsi üçün önəmlidir. Çünki bir sıra hallarda hərbi qulluqçular, xüsusən sınaq müddəti ilə xidmətə cəlb olunmuş şəxslər, qısa zaman ərzində, istər ailədaxili səbəblər, istər digər obyektiv səbəblərdən iş yerlərini tərk edirdilər. Qanun layihəsi praktik olaraq bu müddətin optimallaşdırılmasına imkan verəcəkdir. Bu isə imkan yaradacaq ki, bir tərəfdən hərbi xidmətə cəlb olunan şəxslər işdən ayrılmaq məcburiyyətində qalmayacaq, əgər sınaq müddətində işə cəlb olunan hərbi qulluqçular işi davam etmək istəsələr, mövcud dəyişikliklər onların hüquqi statusunu təmin edəcək və hərbi qulluqçular öz xidmətlərini davam etdirə biləcəklər".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən