"Azərbaycan işğalçı niyyətləri sıfırlamaq üçün müəyyən təlimlər həyata keçirə bilər" - Hərbi ekspert

 15:09 04.03.2026     1186

Deputat Qüdrət Həsənquliyev parlamentin sonuncu iclasında çıxışı zamanı bildirib ki, Ermənistanda erməni faşistlərinin yenidən hakimiyyətə gələcəyi halda mümkün təxribatların qarşısını almaq məqsədilə Azərbaycan sərhəd bölgəsində bütün qoşun növlərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlamalıdır

Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, deputatın fikri ilə tamamilə razıdır.

"Ermənistanda əgər revanşist və separatçı qüvvələrin yenidən hakimiyyətə gələcəyi təqdirdə, Azərbaycan daha əvvəl Ermənistanla əldə olunan bütün razılaşmalardan geri addım ata bilər. Bu, tamamilə normal bir məsələdir. Digər bir məsələ isə təbii ki, Azərbaycan həm Ermənistanla sərhəddə, həm də digər ərazilərdə işğalçı niyyətləri sıfırlamaq üçün müəyyən təlimlər həyata keçirə bilər. Bu təlimlərin ssenarisi Ermənistanda mövcud olan separatçı, revanşist qüvvələrin "isti başlarını soyutmaq" məqsədilə həyata keçirilməlidir", - deyə o vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən