Azərbaycan və Serbiya Baş Qərargah rəisləri regiondakı prosesləri müzakirə etdilər

 17:35 11.03.2026     282

Martın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç arasında telefon danışığı olub.

Bu baerədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, danışıq Serbiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə edib, regionda cərəyan edən proseslər və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Vumart və Güvən reklamı Vumart Güvən