İranın uranı zənginləşdirmə potensialı məhdudlaşdırılıb - Hərbi ekspert
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ və İran arasında saziş imzalansa da, imzalanmasa da, İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.
Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, İranın nüvə silahı əldə etmə potensialı mövcud idi:
"Bunun üçün də kifayət qədər böyük vəsaitlər xərclənmişdi. Lakin keçən ilin yay aylarında və bu ilin fevralının son günlərində başlayan döyüş əməliyyatları ilə İranın nüvə potensialının böyük bir hissəsinə, xüsusilə də İsfahan, Fordo və Natanz nüvə tədqiqat mərkəzlərinə çoxsaylı zərbələr endirildi və bu zərbələr nəticəsində həmin tədqiqat mərkəzlərinin imkanları kifayət qədər məhdudlaşdırıldı. İndiki vəziyyətdə İranın nəinki nüvə silahını əldə etməsi, hətta uranın yüksək dərəcədə zənginləşdirilməsi potensialı da böyük miqyasda məhdudlaşdırılıb və yaxın onilliklər ərzində İran nüvə silahı əldə edə bilməyəcək".
Aytəkin TOFİQQIZI













