Azərbaycanda general 10 il sonra azadlığa ÇIXDI

 10:19 25.06.2026     1052

Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red.) Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, general 10 il 6 aylıq həbs müddətini günə-gün başa vurub.

O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib.

Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib.

Vumart və Güvən reklamı Vumart Güvən