"Onlar deyirdi ki, Rusiya ərazisi toxunulmazdır, amma..." - Hərbi ekspert

 17:30 25.06.2026     1266

Ukrayna lideri Volodimir Zelenski bildirib ki, Ukrayna Moskvanı danışıqlar masasına oturtmaq üçün enerji infrastrukturuna hücumları artırması fonunda Rusiyanın müharibə üçün istifadə etdiyi obyektlərə də qabaqlayıcı zərbələr endirəcək.

Bəs Zelenskinin addımları Rusiyanı danışıqlar masasına gətirə bilərmi?

Redaktor.az-a dnaışan hərbi ekspert Emin Həsənlinin sözlərinə görə, Rusiya düşünürdü ki, bir həftəyə məsələni həll edəcək:

"Rusiyada İkinci Dünya müharibəsindən sonra heç vaxt belə bir hal olmayıb ki, Moskvada, iri şəhərlərdə bu cür gərgin bir vəziyyət yaransın. Gərginlik get-gedə arta bilər, yəni əhali böyük bir etiraz edə bilər və Putinin, eyni zamanda Rusiya hakimiyyətinin nüfuzuna da ciddi bir zərbədir. Onlar deyirdi ki, Rusiya ərazisi toxunulmazdır, Rusiya istənilən dövlətə qalib gələ, məğlub edə bilər. Xüsusən Krımdakı, Moskvadakı vəziyyət Putini çox ciddi narahat edir və bu, get-gedə də dərinləşəcək".

Onun fikrincə, gec-tez hər iki tərəf danışıqlar masasına gəlməlidir:

"Putin də deyib ki, İstanbul razılaşmasına, İstanbulda edilən müzakirəyə biz sadiqik, belə davam edə bilər. Putin əvvəllər belə demirdi, get-gedə o da məcbur olacaq. Yəni iki tərəf də artıq bir razılığa gəlməlidir. Ukraynanın da şəhərləri bərpa olunmalıdır və hesab edirəm ki, Rusiyanın kifayət qədər iqtisadi, hərbi, siyasi itkiləri var, özü də çox böyük itkilərdir və get-gedə də artır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən