"Rusiyanın imkanları tükənir və proses Ukraynanın xeyrinə işləyir" - Emin Həsənli

 17:41 09.07.2026     559

NATO ölkələri 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracaqlar.

Redaktor.az-a danışan Emin Həsənlinin sözlərinə görə, NATO sammiti bir daha sübut etdi ki, NATO ölkələri, başda ABŞ olmaqla, Ukraynaya birmənalı dəstək verəcək:

"70 milyard avro son rəqəm deyil, yəqin ki, növbəti mərhələdə bu məbləğ artırılacaq. Rusiyanın isə heç bir dəstəyi yoxdur. Rusiyanın imkanları tükənir və proses getdikcə Ukraynanın xeyrinə işləyir. Gələcəkdə lazım gələrsə, həm Avropa İttifaqı, həm NATO, həm də Amerika Birləşmiş Ştatları bu vəsaiti artıra bilər. Əgər bir ara Amerika Birləşmiş Ştatlarının Ukrayna ilə bağlı müəyyən pessimist fikirləri var idisə, zaman göstərdi ki, bu da aradan qalxıb".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən