Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat ETDİ

 10:22 19.07.2026     611

Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat edib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ​40 ilə yaxın Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edən, ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik) Manafov Səttar Qəzənfər oğlu dünyasını dəyişib.

​Qeyd edək ki, Səttar Manafov Hərbi Dəniz Qüvvələrində xidmət etməklə yanaşı, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində kafedra müdiri və Təlim-Tədris Mərkəzinin rəisi vəzifələrində çalışıb. O, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Mərhum doğulduğu Neftçala şəhərində dəfn edilib.

 

Vumart və Güvən reklamı Vumart Güvən