ABŞ İranla tammiqyaslı müharibəyə başlayacaq? - Ekspertdən AÇIQLAMA
Xarici medianın məlumatına görə, ABŞ İraqda amerikalı hərbçinin həlak olması barədə məlumatlardan sonra İranla tammiqyaslı müharibəyə başlamağa hazırlaşır.
Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev tammiqyaslı müharibənin başlanacağını düşünmür:
"Amma ABŞ-nin əraziyə daha çox sayda yanacaq dolduran tankerlər, erkən xəbərdarlıq təyyarələri və müxtəlif qırıcı vasitələr cəlb etməklə hava hücumlarının miqyasını bir qədər genişləndirməsi mümkündür. Çünki tammiqyaslı müharibənin başlaması hərbi hava qüvvələrinin, dəniz qüvvələrinin, quru qoşunlarının paralel olaraq əməliyyatda iştirakını şərtləndirir. Lakin ABŞ dəniz qüvvələrinin və məhz dəniz qüvvələrinə məxsus olan aviasiya vasitələrindən bu müharibədə daha geniş istifadə edir. Lakin quru qoşunlarının əraziyə yeridilməsi və genişmiqyaslı hücum əməliyyatlarının həyata keçirilməsi üçün zəruri olan sayda qoşunların əraziyə, regiona daşınmasını müşahidə etmirik".
Aytəkin TOFİQQIZI













