Hərbi hissələrdə çalışan mülki işçilərin maaşları ilə bağlı yeni QƏRAR

 13:45 18.08.2026     1681

Azərbaycan Respublikasının Nazirlər Kabineti Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində çalışan dövlət qulluqçusu olmayan mülki işçilərin əməyinin ödənilməsi ilə bağlı yeni qaydaları təsdiqləyib.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları” təsdiq edilib.

Qərara əsasən, Müdafiə Nazirliyi sənəddən irəli gələn məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirəcək.

Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Vumart və Güvən reklamı Vumart Güvən