Cəlil Xəlilov DSX-nın şəxsi heyətini peşə bayramı münasibətilə təbrik ETDİ
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini, eləcə də Prezident İlham Əliyev tərəfindən təltif edilən sərhədçi zabit və gizirləri 18 avqust - Azərbaycan sərhəd mühafizəsinin yaranmasının 107-ci ildönümü və Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Redaktor.az xəbər verir ki, sərhədçilərimizin xidməti vəzifələrinin öhdəsindən hər zaman yüksək peşəkarlıqla gəldiyini vurğulayan Təşkilat sədri, onların bundan sonra da Azərbaycan xalqının və dövlətinin etimadını doğruldacağına, sərhədlərimizin təhlükəsizliyinin etibarlı şəkildə qorunmasını təmin edəcəyinə dərin inamını ifadə edib.














