Zakir Həsənov Belaruslu həmkarı ilə GÖRÜŞDÜ

 19:00 15.09.2026     380

13-cü Pekin Syanşan Forumunda iştirak etmək məqsədilə Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Naziriliyindən məlumat verilib.

Görüşdə nazirlər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən