“DTX bu əməliyyatla bir daha sübut etdi ki, istənilən terror və təxribat cəhdinin qarşısı qətiyyətlə alınacaq”
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb. Görülən tədbirlər nəticəsində cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov DTX-nın keçridiyi bu əməliyyatın dövlətimizin təhlükəsizliyi baxımından mühüm önəm kəsb etdiyini bildirib:
“DTX-nın eyni vaxtda 5 ölkədə paralel antiteror təbdirləri həyata keçirməsi, bu tədbirlər nəticəsində 10 nəfər şəxsin saxlanılması olduqca mühüm bir hadisədir. Bu, DTX-nın timsalında dövlətimizin gücündən, onun öz təhlükəsizliyini təmin etmək bacarığındna xəbər verir. Keçirilən əməliyyat sübut edir ki, DTX eyni vaxtda bir neçə ölkədə bu cür antiterror tədbirləri həyata keçirməyə qadirdir və gələcəkdə də dövlətimizin təhlükəsizliyi üçün hər hansı fədakarlıqdan çəkinməyəcək. Mən DTX rəhbərliyini, xüsusi xidmət orqanlarımızın hər bir əməkdaşını bu əməliyyat münasibətilə təbrik edir, onlar gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Bununla yanaşı, bu əməliyyat ölkəmizə qarşı təhdid və risklərin mövcudluğunu göstərir. Bu əməliyyat onu deməyə əsas verir ki, həm ölkəmizin daxilində, həm də ölkəmizdən kənarda öz məqsədlərinə zor yolu ilə, terror vasitəsi ilə çatmaq istəyən şəxslər var və onlar bütün cəmiyyət üçün təhlükəlidir”.
Polkovnik Cəlil Xəlilov DTX-nın peşəkarlığını qeyd etməklə yanaşı, vətəndaşları da diqqətli olmağa, hüquq-mühafizə orqanlarının fəaliyyətinə informasiya dəstəyi verməyə səsləyib:
“DTX-nın yüksək peşəkarlığa malik olduğu, dövltimizin və xalqımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayandığı hər kəsə məlumdur. Sözügedən qurumun haqqında danışdığımız sonuncə əməliyyatı da bunu sübut edir. Lakin bu da bir həqiqətdir ki, təhlükəsizlik ümumxalq işidir və bu məsələdə hər bir vətəndaş güc orqanlrına informasiya dəstəyi verməyi, onlarlla həmrəylik sərgiləməlidir. Yalnız bu halda biz dövlətimizin və xalqımızın etibarlı təhlükəsizliyini təmin edə bilərik”.













