Hərbçilərin əməkhaqqlarının artırılması üçün bu qədər vəsait AYRILACAQ
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqqlarının artırılması üçün 550 milyon manatadək vəsait ayrılacaq.
Redaktor.az-ın xəbərinə görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev bildirib.
“Yeni islahat tədbiri nəticəsində Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. Bu artımlar üçün illik əlavə olaraq 550 milyon manatadək vəsait ayrılacaq”, - komitə sədri qeyd edib.













