Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırıldı - FOTO
27 Sentyabr - Anım Günü münasibətilə "Birliyin Gücü – 2026" birgə hərbi təlimində iştirak edən ölkələrin hərbi qulluqçuları üçün mədəni-kütləvi tədbirlər keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirlər çərçivəsində qonaqlar üçün Qarabağ iqtisadi rayonu və Naxçıvan şəhərində ekskursiyalar təşkil olunub.
Türkiyə və Özbəkistandan olan hərbi qulluqçulara xalqımızın Vətən müharibəsində qazandığı şanlı Zəfər, igid övladlarımızın göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri barədə məlumat verilib.
Ölkəmizin gəzməli-görməli yerlərində olan, həmçinin tarixi-diyarşünaslıq muzey və abidələrini ziyarət edən qonaqlar xalqımızın zəngin keçmişi və milli-mədəni dəyərləri ilə yaxından tanış olublar.
















