"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər - VİDEO

 11:25 28.09.2026     55

"Birliyin Gücü – 2026” birgə hərbi təliminə cəlb edilən iştirakçı ölkələrin mühəndis qoşunlarının bölmələri mürəkkəb əməliyyat şəraitində mühəndis təminatı üzrə tapşırıqları yerinə yetiriblər. 

Müdafiə Nazirliyindən Redaktor.az-a bildirilib ki, plana əsasən, hərbi texnikanın və şəxsi heyətin sürətlə keçməsini təmin etmək məqsədilə yarğanlar və xəndəklər üzərindən panton körpülərin qurulması, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, həmçinin digər mühəndis tapşırıqları icra edilib.

Qarşıya qoyulan tapşırıqların icrası zamanı təlim iştirakçıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Vumart və Güvən reklamı Vumart Güvən