ABŞ-İran müharibəsi nə qədər davam edəcək? - PROQNOZ
"ABŞ və İran arasındakı müharibədə konkret hər iki tərəf güzəştə getməlidir. Görünən odur ki, nə ABŞ lideri Donald Tramp hakimiyyəti, nə də İran bir çox məsələlərdə güzəştə getmək istəyir. Ona görə də yaxın gələcəkdə bu toqquşmaların lokal şəraitdə olsa da, davam etmək reallığı var. Hesab edirəm ki, iki tərəf də qarşılıqlı güzəştlərə, bir tərəf də yetərli qədər güzəştlərə getməyincə, bu proses davam edəcək".
Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli qeyd etdi.

Onun fikrincə, dünyada yeni bir fövqəladə vəziyyət olmasa, həmin ölkələrin iqtisadiyyatında başqa ölkələrlə hansısa bir münaqişə yaşanmayacaqsa, yəni İran Amerikanın sıralamasında ikinci sıraya keçməyəcəksə, vəziyyət davam edəcək:
"Amerikanın sıralamasında İran ilk yerdədir. İranın da sıralamasında İsrail ilk yerdədir. İsrailin də sıralamasında birinci yerdə İrandır. Amerika düzdür, zaman-zaman əsas diqqəti Çinə yönəldir, amma Çinin enerji təminatını təmin edən İranı da yaddan çıxartmır. İran çox həssas bir bölgədə yerləşir və elə bir bölgədə yerləşir ki, dünya iqtisadiyyatının 20%-inə təsir edəcək, xüsusən enerji daşıyıcıların Hörmüz boğazı İrandadır. Ona görə də Amerika Birləşmiş Ştatları qarşısında məqsəd qoyub ki, dünyanın enerjisinə və boğazlarına, xüsusən də nəqliyyat qovşaqlarına nəzarət etsin".
Aytəkin TOFİQQIZI













