Sudanla hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edildi - FOTO
Bakı Ekspo Mərkəzində "ADEX" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin bir sıra qabaqcıl müdafiə sənayesi şirkətləri ilə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilir.
Redaktor.az xəbər verir ki, sentyabrın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Sudan Respublikasının müdafiə naziri general-leytenant Hassan Daoud Kabron Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın rolu, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.














