"Pensiyaya 48 yaşında gedə bilər" - Arzu Nağıyev hərbçilərlə bağlı YENİ QAYDANI AÇIQLADI
"43 yaşında olan polkovnik-leytenant 25 il tam şəkildə qulluq edibsə, bu pensiyaya 48 yaşında gedə bilər. Daha doğrusu, əlavə 5 il müddətində kapital yığarsa, bu kapital da onun pensiyasına əlavə olunacaq".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında komitə sədri Arzu Nağıyev bildirdi.
Onun sözlərinə görə, islahat hərbi qulluqçularla bağlı pensiya təyinatı sisteminin əhəmiyyətli dərəcədə sadələşdirilməsinə, onların pensiyalarının elektron qaydada, hər hansı bir ünvana getmədən, qısa müddətdə təyin olunmasına imkan yaradacaq:
"Mütləq pensiya əlavəsinin məbləği fərqli rütbələr üzrə müəyyənləşəcək. Onu da qeyd etmək lazımdır ki, eyni vəzifədən bu təminat islahatından əvvəl və sonra pensiyaya çıxan iki hərbi qulluqçunun pensiya məbləğləri bir-birindən fərqlənə bilər və pensiyaçılar arasında qeyri-bərabərlik yaranmayacaq. Təklif olunan yanaşma ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial təminatında bu qeyri-bərabərlik aradan qaldırılacaq. Xatırlatmaq istərdim ki, ölkəmizdə son illərdə bu sahədə çalışan hərbi qulluqçuların məvacibləri və pensiyaları orta hesabla iki dəfə artıb. Yeni qayda, qeyd edildiyi kimi, əvvəl təyin olunmuş pensiyalara təsir etməyəcək və onlara şamil edilmir".
NURİYYƏ













