Polkovniklər üçün pensiyaya çıxma yaşı bu qədər olacaq - Komitə sədri AÇIQLADI

 16:26 30.09.2026     302

“Müdafiə Nazirliyinin bütün hərbi qulluqçularının əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8 faiz artırılacaq. Bu artımlar üçün illik 550 milyon manat əlavə vəsait ayrılması nəzərdə tutulur”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında parlamentin komitə sədri Arzu Nağıyev dedi.

Onun sözlərinə görə, yeni yanaşma ilə pensiya məbləği ilə təminat faizliyi arasındakı əlaqə aradan qaldırılacaq:

“Pensiya fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı əsas götürülməklə formalaşacaq. Eyni zamanda hərbi qulluqçulara qulluq stajına görə əlavə əvəzinə sabit məbləğdə aylıq pensiya əlavəsi veriləcək və bu əlavənin məbləği hərbi rütbələr üzrə müəyyənləşdiriləcək.

Hərbi qulluqçular üçün rütbələr üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiyaya çıxma yaşı kimi müəyyən ediləcək. Müddətdən artıq hərbi xidmət keçmiş gizirlər və miçmanlar, eləcə də kiçik zabitlər üçün 58 yaş, mayor və polkovnik-leytenant rütbələri üçün 58 yaş, polkovnik və ona bərabər rütbələr üçün isə 53 yaş nəzərdə tutulur.

Yeni mexanizmlə hərbi qulluqçular daha uzun müddət xidmət etdikcə vəzifə və rütbələri, əməkhaqları, eləcə də pensiya kapitalları artacaq”.

NURİYYƏ

 

Vumart və Güvən reklamı Vumart Güvən