Türkiyənin milli müdafiə naziri Şuşaya gəldi - FOTO
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın ev sahibliyi etdiyi, Türkiyə və Özbəkistanın da iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” təliminin Seçkin Müşahidəçi Günü tədbirlərinə qatılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Nazir Yaşar Gülər Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Metin Tokel və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Rafet Dalkıranla birlikdə Şuşadakı təlim bölgəsinə gedib.
Yaşar Gülər Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birlikdə təlim meydanında nümayiş etdirilən və təlim zamanı istifadə olunan silah, sursat və texnologiyaları da nəzərdən keçirib.
















