Araz Musayev TEKNOFEST-də Selçuk Bayraktarla görüşdü

 12:14 03.10.2026     64

30 sentyabr – 4 oktyabr tarixlərində Şanlıurfada keçirilən TEKNOFEST festivalında Araz Musayev şəxsən iştirak edib.

Redaktor.az xəbər verir ki, Araz Musayev uzun illərdir TEKNOFEST-də “Furqanoğlu – Dəmir Yumruq” stendinin rəhbəri olaraq iştirak edir və Azərbaycanı təmsil edir.

TEKNOFEST çərçivəsində Araz Musayev Selçuk Bayraktarla onun ofisində görüşüb. Söhbət zamanı TEKNOFEST, Azərbaycan–Türkiyə qardaşlığı, texnologiyanın inkişafı və Türk dünyasının texnoloji gələcəyi barədə fikir mübadiləsi aparılıb.

Araz Musayev Selçuk Bayraktara texnologiyanın inkişafına və Türk dünyasının texnoloji tərəqqisinə verdiyi töhfələrə görə təşəkkür və minnətdarlığını bildirib.

Daha sonra Araz Musayev Haluk Bayraktarla görüşərək Azərbaycan–Türkiyə qardaşlığı, texnologiyanın inkişafı və gələcək əməkdaşlıq barədə söhbət edib.

Qeyd edək ki, “Furqanoğlu – Dəmir Yumruq” olaraq TEKNOFEST-də illərdir davam edən iştirakımız Azərbaycan–Türkiyə qardaşlığının və Türk dünyasının birliyinin gözəl nümunəsidir.

Vumart və Güvən reklamı Vumart Güvən