Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix AÇIQLANDI

 20:40 06.10.2026     122

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb.

Redaktor.az xəbər verir ki, sərgi 4-6 oktyabr 2028-ci ildə keçiriləcək.

Qeyd edək ki, bu il Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi zamanı 53 ölkədən 280 şirkət iştirak edib.

Bakı Expo Mərkəzinin IV pavilyonunda Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan 130 adda məhsul nümayiş olunub.

Vumart və Güvən reklamı Vumart Güvən