Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan AÇIQLAMA

 21:10 06.10.2026     110

"Bu əsgərin Ermənistan ərazisinə keçdiyinə dair heç bir dəlil və ya əminlik yox idi. Nə Azərbaycan tərəfi, nə də biz onun harada olduğunu bilirdik".

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Həm bizim, həm də Azərbaycanın sərhəd gözətçiləri var: hər iki tərəfdə keçid məntəqələri olub. Əvvəla, ərazi çox çətindir; hər iki tərəfdə bir neçə gün ərzində dronlardan istifadə edərək axtarış əməliyyatları aparılıb və sair, amma o tapılmayıb. Ərazi çətindir və orada gizlənmək asandır. Onun necə keçdiyini anlamaq üçün ətraflı araşdırma aparmaq lazımdır

Problem ondadır ki, Azərbaycan tərəfi bizi əvvəlcədən məlumatlandırmışdı və axtarış əməliyyatı aparılmışdı. Bu müddət ərzində Azərbaycan və Ermənistanın müvafiq xidmətləri gündəlik əlaqə saxlamışdılar, lakin əsgərin Ermənistan ərazisinə keçdiyinə dair heç bir dəlil yox idi", - deyə o bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən